Fransa parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyibbackend

Fransa parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Senatdan sonra Milli Assambleya da İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ehtiva edən qanun layihəsini qəbul edib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ehtiva edən qanun layihəsi Fransa parlamentinin digər qanadı olan Milli Assambleyada qəbul edildikdən sonra iyulun 21-də keçirilən səsvermədə 46 “xeyr” səsinə qarşı 209 “hə” səsi toplayıb.

Parlamentdəki səsvermədə hakim cəbhə ilə yanaşı, Respublikaçılar (LR), Sosialistlər Partiyası (PS) və Yaşıllar (EELV) İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədi, ultra solçu “İtaətsiz Fransa” (LFI) isə qanuna qarşı çıxdı.

Qeyd edək ki, Fransa parlamenti iki palatadan, Milli Assambleyadan və Senatdan ibarətdir.

//Gülnarə Abasova, Editor.az