İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzzaya endirdiyi zərbələr nəticəsində HƏMAS-ın yüksək rütbəli yaraqlısı Məhəmməd Əbu Şamalan məhv edilib.
Editor.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, Məhəmməd Əbu Şamala Qəzza zolağının cənubundakı terror qruplaşmalarının yüksək səviyyəli dəniz əməliyyatçısı olub. “Əbu Şamalanın evi İsrailə qarşı terror əməliyyatlarında istifadə üçün nəzərdə tutulan dəniz silahlarının saxlanması üçün istifadə edilib”, – SAXAL bildirib.
Jurnalistlərə açıqlama verən rəsmi kontr-admiral Daniel Haqari bildirib ki, hərbçilər şənbə günü terror qruplaşmasının İsrailin cənubuna ölümcül hücumunu lentə alan və yayımlayan HƏMAS agenti Mustafa Şahini də öldürüblər.
“Biz müharibənin dəhşətlərində iştirak edən hər kəslə hesablaşacağıq. İnternetdən videolar çəkirik və üz tanımadan istifadə edərək onları tanıyırıq”, – Haqari deyib.
Qeydd edək ki, İsrail ordusu gecə ərzində HƏMAS-ın onlarla hədəfinə ayrı-ayrılıqda zərbələr endirib.
//Samir Qurbanov, Editor.az

