Ramil İmranovun nəşi Vətənə gətirildibackend

Ramil İmranovun nəşi Vətənə gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Təbrizdə yol qəzasında vəfat edən baş konsulu Ramil İmranovun nəşi anadan olduğu Alxasava kəndinə gətirilib.

Bu barədə Musavat.com-a Göyçay rayon icra başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Kamil Xəlilov məlumat verib.

O bildirib ki, baş konsul kəndin qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ramil İmranov Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.