İki təyyarə toqquşdu, pilotlar öldübackend

İki təyyarə toqquşdu, pilotlar öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İtaliyada – Roma yaxınlığında təlim zamanı iki hərbi təyyarə toqquşub. Hər iki pilot həlak olub.
Editor.az bu barədə AFP-ə istinadən xəbər verir. Xəbərə görə, təlim uçuşları İtaliya Silahlı Qüvvələrinə məxsus U-208 təyyarələri ilə həyata keçirilib.
Bunlar pilotdan əlavə göyərtəyə dörd sərnişini götürə bilən yüngül nəqliyyat vasitələridir. Təyyarələr havada toqquşub, lakin vəziyyət tam olaraq hələ məlum deyil. Təyyarələrin qalıqlarının bir hissəsi Romanın yaxınlığında yerləşən Alfredo Barbieri aerodromunun yaxınlığında kənd ərazisinə, bir qismi də şəhər daxilinə düşüb.
Digər itkilər barədə hələlik məlumat verilmir. İtaliyanın baş naziri Corciya Meloni həlak olanların ailələrinə və hərbi pilotların həmkarlarına başsağlığı verib.
 
  //Samir Qurbanov, Editor.az