İran ABŞ-ni Yaxın Şərqdəki münaqişəni uzatmaqda ittiham edibbackend

İran ABŞ-ni Yaxın Şərqdəki münaqişəni uzatmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rəsmiləri ABŞ-ni Yaxın Şərqdə davam edən hərbi qarşıdurmanın uzanmasına səbəb olmaqda günahlandırıblar.

Editor.az xəbər verir ki, Tehranın mövqeyinə görə, Vaşinqtonun bölgədəki siyasəti və hərbi addımları vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır.

Məlumata əsasən, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İran ərazisinə qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrailə, ABŞ hərbi bazalarına və Yaxın Şərqdəki enerji infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Bundan əlavə, İran dünya neft tədarükündə mühüm rol oynayan Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb. Ekspertlərin qiymətləndirməsinə görə, bu addım qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb və neft qiymətlərinin artmasına təsir göstərib.

İran tərəfi hesab edir ki, ABŞ-nin regiondakı fəaliyyəti diplomatik həll imkanlarını zəiflədir və münaqişənin daha da dərinləşməsinə şərait yaradır. Rəsmi Tehran bölgədə sabitliyin təmin olunması üçün xarici müdaxilələrin dayandırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, son aylarda İran və ABŞ arasında gərginliyin azaldılması istiqamətində müəyyən diplomatik təşəbbüslər irəli sürülsə də, tərəflər arasında etimadsızlıq və qarşılıqlı ittihamlar danışıqlar prosesini çətinləşdirir.

//Gülnarə Abasova, Editor.az