Səfir: WUF13 Özbəkistana şəhərsalma sahəsində beynəlxalq təcrübə öyrənmək imkanı veribbackend

Səfir: WUF13 Özbəkistana şəhərsalma sahəsində beynəlxalq təcrübə öyrənmək imkanı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkilini yüksək qiymətləndirib.

“Report”un məlumatına görə, diplomat bu barədə Özbəkistan dövlət qulluqçularının Azərbaycanda dövlət siyasəti mövzusunda təlimlərinin açılışından öncə mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Özbəkistanın forumda iştirakı yeni yanaşmaları öyrənməyə, həmçinin bilik və praktik təcrübə mübadiləsi aparmağa imkan yaradıb.

“Bakıda WUF13 çox yüksək səviyyədə keçirilib. Özbəkistanın forumda iştirakı yeni təcrübənin öyrənilməsi və bilik mübadiləsi üçün yaxşı imkan yaradıb”, – diplomat qeyd edib.

Səfir bilik və praktiki bacarıqların mübadiləsinin inkişafın əsas amillərindən biri olduğunu vurğulayıb.

O, həmçinin Özbəkistanın Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirakını diqqətə çatdırıb. O qeyd edib ki, xüsusilə, ölkə Bakı Enerji Həftəsində böyük nümayəndə heyəti ilə təmsil olunub.

Diplomatın sözlərinə görə, bu cür beynəlxalq platformalar peşəkar əlaqələrin möhkəmləndirilməsinə, qurumlararası əməkdaşlığın inkişafına və qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə kömək edir.