Sabah Dənizkənarı Bulvarda attraksionlar pulsuz olacaq.
Bildirilib ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar attraksion və karusellərin əksəriyyətindən, qatarlardan pulsuz istifadə edəcək.
Məlumata görə, attraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub.
Qeyd olunub ki, uşaqların attraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 13:00-dək mümkün olacaq. (Bakıvaxtı.az)


