Əhmədovdan Ukrayna müharibəsi haqda PROQNOZbackend

Əhmədovdan Ukrayna müharibəsi haqda PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna münaqişəsi tədricən sülhə doğru gedir”.

Globalinfo.az xəbər verir ki, bu Ukraynanın ən varlı iş adamlarından biri, milyarder və sabiq deputat Rinat Əhmədov  “The Guardian” qəzetinə müsahibəsində danışıb.

“Mən düşünürəm ki, biz tədricən sülhə doğru irəliləyirik. Bəziləri mənə deyir ki, Rusiya Prezidenti Vladimir Putinin müharibəni bitirmək üçün səbəbi yoxdur. Mən isə əksini düşünürəm, onun bu müharibəni davam etdirmək üçün səbəbi yoxdur”, – deyə ukraynalı milyarder deyib.

Əhmədov sülhün əldə olunması üçün üç əsas şərtin vacib olduğunu vurğulayıb:

“Ukrayna 1991-ci il sərhədlərinə qayıtmalı, Rusiya vurduğu ziyana görə təzminat ödəməli və Ukrayna azad, demokratik, firavan Avropa dövlətinə çevrilməlidir”.

İş adamı qeyd edib ki, Rusiyanın Ukraynaya qəbul etdirmək istədiyi variant “saxta sülh” ola bilər.

“Əsgərlərimiz, müdafiəçilərimiz və beynəlxalq tərəfdaşlarımız Ukraynanın dayanıqlı və uzunmüddətli sülh əldə etməsi üçün mübarizə aparmalıdır”.

Xatırladaq ki, mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sona yaxınlaşdığını demişdi. Daha sonra o, bu fikrini cəbhədəki vəziyyətlə əsaslandıraraq Rusiya ordusunun bütün istiqamətlərdə irəlilədiyini bildirmişdi.

Putin eyni zamanda Moskvanın heç vaxt danışıqlardan imtina etmədiyini vurğulamışdı.