SENSASİYA: ABŞ Xəzər hövzəsinə GƏLİR – 9 gün sonra…backend

SENSASİYA: ABŞ Xəzər hövzəsinə GƏLİR – 9 gün sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 10-da Vaşinqtonda Transxəzər Forumu keçiriləcək. Xəzər Siyasət Mərkəzinin məlumatına görə, forum “Sülh və Davamlı Tərəfdaşlıq vasitəsilə İqtisadi Təhlükəsizlik” mövzusuna həsr olunacaq. Tədbirdə ABŞ və Xəzəryanı ölkələrin yüksək vəzifəli dövlət məmurları, aparıcı ekspertlər və özəl sektor liderləri iştirak edəcək. Müzakirə ABŞ ilə Böyük Xəzər Hövzəsi ölkələri arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsinə yönələcək. Foruma ABŞ Dövlət Katibinin müavini Kristofer Landau, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan, Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşavir müavini Cavlon Vahabov, Azərbaycan İqtisadiyyat Nazirinin müşaviri Taleh Ziyadov və Xəzər regionunun digər yüksək vəzifəli nümayəndələri qatılacaqlar.

Gündəliyə region üçün strateji baxış və Xəzər əməkdaşlığının yeni mərhələsi üçün perspektivlər, Orta Dəhlizin inkişafı, rəqəmsal suverenlik və sənaye süni intellekt, vacib minerallar, Xəzər hövzəsinin enerji təhlükəsizliyi, regionda nüvə enerjisinin inkişafı, eləcə də Orta Dəhliz boyunca biznes layihələrinə investisiyaların cəlb edilməsi məsələləri daxildir. Xatırladaq ki, İran yeganə xəzəryanı ölkədir ki, dənizin statusunu hələ də ratifikasiya etməyib.

Vaşinqton tədbirinin önəmi nədir? Buna Rusiya və İranın hansı reaksiyası ola bilər?

Elxan Şahinoğlu: "Həm Ankara, həm də Bakı Paşinyanın qələbəsini istəyir" — TodayPress.tv

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Trampın prezidentliyi dövründə Vaşinqtonun Avrasiya bölgəsinə marağı artıb: “Keçən ilin avqustunda Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi paraflanandan və “Tramp marşrutu” layihəsi təsdiqlənəndən bu maraq bölgəyə daha da yüksəlib. ABŞ-dən müxtəlif rəsmi heyətlər həm Azərbaycana, həm də Ermənistana tez-tez gəlir. Ermənistanda 7 iyun parlament seçkilərindən sonra böyük ehtimalla “Tramp yolu”nun tikintisi də başlanacaq. Bu, ABŞ-yə imkan verəcək ki, Cənubi Qafqaz və Mərkəzi Asiyanın zənginliklərinə çıxış əldə etsin. Mərkəzi Asiya da ABŞ üçün çox vacibdir. Çünki nadir torpaq elementlərinin ixracına qadağa qoyub. Bu vəziyyətdən çıxış yolu üçün ABŞ başqa ölkələrlə əməkdaşlığı genişləndirməyə qərar verib. Nadir torpaq elementləri Qazaxıstanda, Azərbaycanda, Ermənistanda var. Ona görə ABŞ-nin Xəzər bölgəsinə marağı daha da artıb. Vaşinqton Xəzər hövzəsi ölkələri ilə əməkdaşlığı genişləndirməyə qərar verib və iqtisadi zəmində əməkdaşlığı dərinləşdirməyə çalışır. İqtisadi zəmində əməkdaşlığı dərinləşdirərkən bu dövlətlərin təhlükəsizliyi də ABŞ üçün ön plana çıxır”.
Politoloq hesab edir ki, Xəzəryanı ölkələr Rusiya və İran ABŞ-nin bölgə ilə bağlı bu cür fəallaşmasından narahatdır.