İran parlamentinin sədri Qalibafdan ABŞ-a sərt xəbərdarlıq: “Öhdəliklərinizi pozsanız, ən yaxşı bildiyimiz dildən istifadə edəcəyik”backend

İran parlamentinin sədri Qalibafdan ABŞ-a sərt xəbərdarlıq: “Öhdəliklərinizi pozsanız, ən yaxşı bildiyimiz dildən istifadə edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Parlamentinin sədri və ölkənin danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-a sərt mesaj ünvanlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla  xəbər verir.

O, İranın diplomatik yolu üstün tutduğunu vurğulasa da, qarşı tərəfin öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə bunun nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Qalibaf sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, İran dialoq və diplomatiyaya sadiqdir, lakin lazım gəldikdə fərqli üsullardan istifadə etmək imkanına da malikdir.

“Biz diplomatiya dilinə üstünlük veririk, amma digər dillərdə daha sərbəst danışırıq. Əgər öhdəliklərinizi pozsanız, onda ən yaxşı bildiyimiz dildən istifadə edəcəyik”, – deyə Qalibaf paylaşımında qeyd edib.

Qalibafın bu açıqlaması İranla ABŞ arasında davam edən gərgin münasibətlər və diplomatik proseslərin gələcəyi ilə bağlı müzakirələrin fonunda diqqət çəkib.

//Gülnarə Abasova, Editor.az