İranın Ali Milli Təhlükəsizlik Şurası TƏCİLİ İCLAS KEÇİRDİbackend

İranın Ali Milli Təhlükəsizlik Şurası TƏCİLİ İCLAS KEÇİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ali Milli Təhlükəsizlik Şurası iclas keçirib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Məhəmməd Baqir Zülqədrin başçılığı ilə keçirilən iclasda ölkədə yeni kütləvi etirazların başlanması ehtimalı müzakirə edilib.

Hesabatlarda iqtisadi böhran, kütləvi işsizlik, internetin kəsilməsi, neft və polad sənayesinin dayanması kimi amillərin narazılığı artırdığı və etirazların qaçılmaz olduğu qeyd edilir.

Hakimiyyət xüsusilə əmək günü ərəfəsindəki çağırışlardan və mövcud vəziyyətin rejim üçün ciddi təhlükə yaratmasından narahatdır.

Məlumatlı mənbələrə görə, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri bu narahatlıqları nəzərə alaraq hesab edirlər ki, ABŞ ilə danışıqlar zamanı və ya atəşkəs rejiminin uzadılmasından sonra etirazlar İslam Respublikasının süqutu üçün real risk yarada bilər.