“Sanksiya tətbiq olunan İran hava yolları ilə işləyən fiziki və hüquqi şəxslər ABŞ sanksiyaları ilə üzləşə bilər. Həmçinin üçüncü tərəflərə qarşı da ‘maksimum təzyiq’ siyasəti davam etdiriləcək”.
Editor.az xəbər verir ki, bu fikirləri ABŞ-ın maliyyə naziri Skott Bessent səsləndirib.
Bessent sosial media hesabında paylaşdığı açıqlamada bildirib:
“Sanksiya altında olan İran hava yolları ilə əməkdaşlıq etmək ABŞ sanksiyalarına məruz qalmaq riski yaradır. Xarici hökumətlər öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin bu təyyarələrə xidmət göstərməsinin qarşısını almaq üçün bütün zəruri addımları atmalıdır. Buraya aviasiya yanacağı, katerinq xidməti, eniş rüsumları və texniki xidmət də daxildir.
İqtisadi təzyiq siyasəti çərçivəsində ABŞ Maliyyə Nazirliyi İrana qarşı maksimum təzyiq tətbiq etməyə davam edəcək və İran qurumları ilə əməkdaşlıq edən və ya bu əməkdaşlığı asanlaşdıran hər hansı üçüncü tərəfə qarşı tədbir görməkdən çəkinməyəcək”.
//Gülnarə Abasova, Editor.az

