Avropada quraqlıq həyəcanı: əsas çaylar və su yolları quruma həddinə çatıbbackend

Avropada quraqlıq həyəcanı: əsas çaylar və su yolları quruma həddinə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada rekord temperatur və aylarla davam edən şiddətli quraqlıq qitənin əsas su arteriyalarını ciddi təhlükə qarşısında qoyub. Reyn, Dunay və Po çaylarında suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Quraqlıq həm enerji sektoruna, həm nəqliyyata, həm də kənd təsərrüfatına ciddi zərbə vurur.

Editor.az xəbər verir ki, Avropanı bürüyən rekord isti hava və uzunmüddətli quraqlıq qitənin ticarət və logistika baxımından həyati əhəmiyyət daşıyan su yollarına təsir göstərib.

“Wall Street Journal”ın peyk görüntülərinin təhlilinə əsaslanan məlumatlarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Reyn, Dunay və Po çaylarının bəzi hissələri əhəmiyyətli dərəcədə quruyub və çay yataqlarında geniş qumlu sahələr meydana çıxıb.

Çaylarda su axınının tarixi minimumlara enməsi yalnız yükdaşımaları çətinləşdirməyib. Su çatışmazlığı soyutma üçün çay suyundan istifadə edən nüvə elektrik stansiyalarının fəaliyyətinə də ciddi təsir göstərib.

//Gülnarə Abasova, Editor.az