Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən dərc olunan yeni hesabatda bildirilir ki, nüvə silahına malik dövlətlər 2025-ci il ərzində nüvə arsenalının modernləşdirilməsi və genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdiriblər.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Hesabatda qeyd olunur ki, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) və İsrail 2025-ci ildə nüvə silahlarının modernləşdirilməsi və genişləndirilməsi proqramlarını davam etdirib. Əksər ölkələr il ərzində yeni nüvə başlıqları daşıya bilən və ya nüvə potensialına malik silah sistemlərini istismara veriblər.
SIPRI-nin məlumatına görə, 2026-cı ilin yanvar ayına olan vəziyyətdə dünyada mövcud olan təxminən 12 200 nüvə döyüş başlığından 9 745-i potensial istifadə üçün hərbi anbarlarda saxlanılır. Onlardan 4 012-si raketlərdə və hərbi təyyarələrdə yerləşdirilib, qalan hissəsi isə mərkəzləşdirilmiş anbarlarda qorunur.
Bundan əlavə, 2 100–2 200 arası nüvə döyüş başlığı ballistik raketlərdə yüksək döyüş hazırlığı vəziyyətində saxlanılır. Bu başlıqların böyük əksəriyyəti Rusiya və ABŞ-a məxsusdur. Daha məhdud sayda belə silahlar Fransa və Böyük Britaniyanın arsenalında da mövcuddur. Eyni zamanda, Çin və Hindistanın da sülh dövründə müəyyən sayda nüvə başlığını raketlərə quraşdıraraq döyüş növbətçiliyinə çıxarmağa başladığı qeyd edilir.
SIPRI-nin direktoru Kərim Həqqaq vurğulayıb ki, bəzi dövlət rəhbərləri nüvə silahlarını potensial düşmən hücumuna qarşı təhlükəsizlik təminatı kimi qiymətləndirsələr də, milli müdafiə və təhlükəsizlik strategiyalarında bu silahlara həddindən artıq güvənmək qlobal riskləri əhəmiyyətli dərəcədə artırır.
Onun sözlərinə görə, silah texnologiyalarının sürətli inkişafı, nüvə silahlarına nəzarət mexanizmlərinin zəifləməsi və geosiyasi gərginliyin artması nüvə təhlükəsinin daha da böyüməsinə səbəb
//Gülnarə Abasova, Editor.az


