Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı bloqer Laura Lumerə verdiyi müsahibədə Fransa Prezidenti Emmanuel Makronla birlikdə kokain istifadə etdiyi barədə iddiaları qəti şəkildə təkzib edib.
Zelenski bildirib ki, bu cür ittihamların heç bir əsası yoxdur və yayılan məlumatlar həqiqəti əks etdirmir. O, Makronla heç vaxt kokain qəbul etmədiyini vurğulayıb.
Qeyd edək ki, bu açıqlama sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan iddialardan sonra səsləndirilib. Zelenskinin müsahibəsi Laura Lumer tərəfindən X (keçmiş Twitter) platformasında paylaşılıb.
//Samir Qurbanov, Editor.az

