ABŞ hərbi qüvvələri Oman körfəzində mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerə raket zərbəsi endirib.
İranın dövlət teleradio şirkəti (IRIB) və Mehr agentliyinin yaydığı məlumata görə, ABŞ hərbçiləri tankeri İran qazını daşımaqda şübhəli bilərək iki raketlə hədəfə alıb. Hücum nəticəsində gəminin mühərrik bölməsi zədələnib, iki ekipaj üzvü həlak olub.
Hazırda ABŞ rəsmiləri hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Məlumat əsasən İran mənbələrinə istinad edir və müstəqil şəkildə tam təsdiqlənməyib.
//Samir Qurbanov, Editor.az

