İsveçrə ABŞ və İran arasında mümkün danışıqlarla bağlı təmasları davam etdirirbackend

İsveçrə ABŞ və İran arasında mümkün danışıqlarla bağlı təmasları davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə ABŞ və İranla mümkün danışıqlar məsələsi üzrə təmaslarını davam etdirir.

Editor.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Alen Elçinger məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, İsveçrə münaqişəyə cəlb olunan bütün tərəflərlə əlaqə saxlayır və tərəflərin istəyi olduğu təqdirdə danışıqlar prosesində vasitəçilik etməyə hazırdır.

«İsveçrə bütün əlaqəli ölkələrlə təmasları dəstəkləyir və tərəflər belə bir istək ifadə edərsə, özünün yaxşı xidmətlərini, yəni vasitəçilik imkanlarını təqdim etməyə hazırdır», – deyə Elçinger bildirib.

O əlavə edib ki, İsveçrə Xarici İşlər Nazirliyi hazırda mümkün danışıqların hazırlanması ilə bağlı təfərrüatları şərh etmir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların avqustun 3-də keçiriləcəyini açıqlamışdı. Trampın sözlərinə görə, tərəflər guya Hörmüz boğazı ilə bağlı müəyyən razılaşmalara nail olublar.

Lakin avqustun 3-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Trampın danışıqlarla bağlı açıqlamasının həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, İran və Oman Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edir.

Qeyd edək ki, iyulun əvvəlində ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə edib. Putin isə Moskvanın gərginliyin azaldılmasına yardım göstərməyə hazır olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az