Türkiyənin Azərbaycanla bağlı addımı müzakirə yaratdı – Pərdəarxası məqamlarbackend

Türkiyənin Azərbaycanla bağlı addımı müzakirə yaratdı – Pərdəarxası məqamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müdafiə sənayesi şirkəti HAVELSAN-ın komanda-idarəetmə sahəsində hazırladığı mühüm proqram həllərindən biri Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına təhvil verilib.

Bu prosesin pərdəarxasında hansı məqamlar vat? Yeni sistem Azərbaycan Hərbi Hava Qüvvələrinə hansı üstünlükləri qazandıracaq?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, müasir münaqişələr və müharibələr fonunda hərbi hava qüvvələrinin əməliyyat imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycan və Türkiyə arasında vahid hava məkanının qorunması istiqamətində daha əvvəl də mühüm addımlar atılıb. Bundan əvvəl də Türkiyə ilə Azərbaycan arasında vahid hava məkanının qorunması istiqamətində işlər görülmüşdü. ASELSAN şirkətinin hazırladığı hakim sistem hər iki dost və qardaş ölkədə tətbiq edilmişdi.

edalet 1681289097

Ədalət Verdiyev

İndi isə bu imkanları daha da genişləndirmək, ortaq hava əməliyyatlarının planlaşdırılması, icrasının izlənilməsi, qiymətləndirilməsi və ümumilikdə bütün bu proseslərin vahid rəqəmsal platforma üzərindən idarə olunması üçün müasir bir idarəetmə sistemi yaradılıb.

Bu sistem vasitəsilə komanda və idarəetmə əməliyyat mərkəzlərində xidmət edən heyət yeni informasiya sistemi sayəsində əldə etdiyi vahid əməliyyat mənzərəsindən döyüşlərin idarə olunmasında səmərəli istifadə edə biləcək.

Digər tərəfdən isə bu sistem əməliyyat məlumatlarının real vaxt rejimində idarə edilməsinə, izlənilməsinə, ötürülməsinə və operativ qərarların qəbul edilməsinə şərait yaradacaq”.