“KRİSTAL ABŞERON” BİR AİLƏNİ EVİNDƏN KÜÇƏYƏ ATIR – TƏFƏRRÜATbackend

“KRİSTAL ABŞERON” BİR AİLƏNİ EVİNDƏN KÜÇƏYƏ ATIR – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının az qala yarısında göydələn inşa edən məşhur tikinti şirkəti “Kristal Abşeron” bir ailəni evindən çıxarmaq üçün məhkəməyə müraciət edib.

Məhkəmədə iddia qaldıran “Kristal Abşeron” Məmmədova Sevda və ailəsini evindən çıxarmaqda maraqlıdır. “Kristal Abşeron” məhkəmədə S.Məmmədovanın yaşadığı mənzildən çıxarılması üçün iddia qaldırıb. İşin mahiyyəti müqavilələrin ləğv edilməsi, mənzil mübahisələri və mənzildən çıxarılma ilə bağlıdır.

İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə baxılacaq. Növbəti proses 12 iyun tarixinə təyin edilib.

Tribunainfo.az