Litva Ukraynaya 36 zenit-raket kompleksi verirbackend

Litva Ukraynaya 36 zenit-raket kompleksi verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Ukraynaya İran PUA-ları ilə uğurla mübarizə aparacaq 36 zenit-raket kompleksi tədarük etdiyini açıqlayıb.

Editor.az bildirir ki, bunu Litvanın müdafiə naziri Arvydas Anusauskas Ukraynanın müdafiə naziri Aleksey Reznikovla birgə keçirdiyi brifinqdə deyib: “Biz artıq Ukrayna ərazisində işləməyə hazır olacaq 15 təlimatçının təlimini başa çatdırmışıq. Və biz artıq pilotsuz təyyarələrlə uğurla mübarizə apara bilən 36 zenit-raket kompleksi təqdim edirik”, – litvalı nazir bildirib.

Reznikov isə qeyd edib ki, Litva artıq 36 hava hücumundan müdafiə sistemi təqdim edib. Onun sözlərinə görə, bu zenit qurğularını təlim edən operatorların deyil, Ukraynada hərbçilərə təlim keçəcək təlimatçıların hazırlanmasına qərar verilib. Bu, təlimin modernləşdirilməsi baxımından çox vacib aspektdir”, – Reznikov vurğulayıb.

 //Samir Qurbanov,Editor.az