Makron Ukrayna müttəfiqlərini Parisə dəvət edibbackend

Makron Ukrayna müttəfiqlərini Parisə dəvət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Macron Ukraynaya dəstək verən ölkələrin koalisiyası iştirakçılarını Parisə dəvət edib.

O bildirib ki, 14 iyul – Bastiliyanın alınması günü münasibətilə Fransaya gəlmək istəyən bütün tərəfdaşlarla strukturlaşdırılmış görüş keçiriləcək.

Makron bu barədə Monteneqronun Tivat şəhərində keçirilən “Aİ–Qərbi Balkanlar” sammiti öncəsi danışıb. Onun sözlərinə görə, görüşün məqsədi Ukraynaya dəstəyin koordinasiyasını və gələcək addımların müzakirəsini təmin etməkdir.

Fransa lideri qeyd edib ki, toplantı Parisdə Bastiliya Günü tədbirləri çərçivəsində baş tutacaq və koalisiya üzvləri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

//Samir Qurbanov, Editor.az