Məşhur aparıcının anası dənizdə boğuldu – VİDEO – FOTObackend

Məşhur aparıcının anası dənizdə boğuldu – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış jurnalisti və televiziya aparıcısı İsmail Küçükkayanın 75 yaşlı anası Halise Küçükkaya dənizdə boğularaq ölüb.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Antalyada baş verib.

Məlumata görə, Halise Küçükkaya tətil üçün getdiyi hotelin sahilində çimərkən birdən-birə çırpınmağa başlayıb. Hotelin xilasedicisi dərhal onu sahilə çıxarıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Aparılan ekspertiziyalar zamanı Halise Küçükkayanın infarkt keçirərək boğulduğu müəyyən edilib.