Neftin qiyməti 140 dollar olacaq – İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafbackend

Neftin qiyməti 140 dollar olacaq – İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf qlobal neft qiymətlərinin daha da artacağını proqnozlaşdırır. Qalibaf hesab edir ki, ABŞ siyasəti və Hörmüz boğazının blokadası neft qiymətlərinin artmasına səbəb olur.

O, ABŞ Maliyyə Naziri Skott Bessentin İranın dəniz blokadası səbəbindən neft istehsalını tezliklə dayandıracağı barədə açıqlamasına münasibət bildirib. “Bu, ABŞ administrasiyasının Bessent kimi insanlardan aldığı faydasız məsləhətlərdən biridir, onlar da (İranın) blokada siyasətini təbliğ edir və neft qiymətlərini 120 dollar və daha yuxarı səviyyəyə çatdırıblar.” –

Qalibaf deyib. İran Parlamentinin sədri neft qiymətlərinin artmağa davam edəcəyi və tezliklə 140 dollara çatacağı fikrini bildirib.

//Samir Qurbanov, Editor.az