Peruda meymunçiçəyi xəstəliyindən ilk ölümbackend

Peruda meymunçiçəyi xəstəliyindən ilk ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Peruda meymun çiçəyi virusundan ilk dəfə bir nəfər ölüb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Peru Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib. Qeyd olunub ki, ölkədə meymunçiçəyi xəstəliyinə yoluxanların sayının 300-ü keçib və ilk ölüm halı qeydə alınıb. Açıqlamada ölən şəxsin paytaxt Limada müalicə alan kişi xəstə olduğu bildirilib. Peru Latın Amerikasında Braziliyadan sonra meymun xəstəliyindən ölən ikinci ölkə oldu

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünyada, xüsusən də Avropada yayılmaqda davam edən meymun epidemiyasını iyulun 23-də Beynəlxalq İctimai Sağlamlıq Təcili (PHEIC) elan edib. ÜST iyulun 27-də verdiyi açıqlamada, 78 ölkədən 18 mindən çox yoluxma halının təsdiqləndiyi, 70 faizinin Avropa regionundan, 25 faizinin isə Amerika bölgəsindən olduğu bildirilib.

//Gülnarə Abasova, Editor.az