İmam Xomeyni Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edirbackend

İmam Xomeyni Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda İmam Xomeyni Beynəlxalq Hava Limanının açılışı tezliklə baş tutacaq. Aeroportun mətbuat xidməti uzun fasilədən sonra ilk uçuşların hansı istiqamətlərə həyata keçiriləcəyini də açıqlayıb.

Bu uçuşlar İstanbul və Omanın paytaxtı Məsqət şəhərlərinə olacaq.

Qeyd etmək lazımdır ki, İranda hava nəqliyyatı 28 fevralda ABŞ və İsrailin hücumlarından sonra dayandırılıb. İslam Respublikası hakimiyyəti bir müddət əvvəl daxili uçuşları bərpa edib və 18 apreldə Omandan İrana sərnişin təyyarəsi yola düşüb – böhran başlayandan bəri ilk dəfə.

İmam Xomeyni Hava Limanı Tehranın beynəlxalq uçuşlara xidmət göstərən yeni hava limanıdır. Şəhər mərkəzinə yaxın yerləşən “köhnə” Mehrabad Hava Limanı beynəlxalq statusa malik olsa da, adətən daxili uçuşları həyata keçirir.

//Samir Qurbanov, Editor.az