Tehranın Moskva sevgisi: Rusiya gəmiləri Hörmüz boğazından rüsumsuz keçirbackend

Tehranın Moskva sevgisi: Rusiya gəmiləri Hörmüz boğazından rüsumsuz keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Moskvadakı səfiri Kazem Cəlalinin sözlərinə görə, Rusiyadan gələn gəmilər Hörmüz boğazından rüsumsuz keçə bilərlər. O, İslam Respublikasının Rusiya da daxil olmaqla bir sıra ölkələr üçün istisna etdiyini vurğulayıb.

“Gələcəkdə nə baş verəcəyini bilmirəm. Lakin Xarici İşlər Nazirliyimiz hazırda Rusiya kimi dost ölkələr üçün nəzərdə tutulan istisnalardan istifadə etməyə çalışır.” – İran diplomatı bildirib.

Bir müddət əvvəl İran hakimiyyəti Hörmüz boğazından tranzit üçün rüsum almaq niyyətində olduğunu açıqlamışdı. Rüsum yükün növündən və həcmindən, eləcə də risk dərəcəsindən asılıdır. Bir gün əvvəl İslam Respublikası ilk dəfə tranzit haqqından gəlir əldə etmişdi. Ötən həftə isə ABŞ İran limanlarını blokadaya aldığını elan edib.

//Samir Qurbanov, Editor.az