Türkiyə İrana humanitar yardım göndərdibackend

Türkiyə İrana humanitar yardım göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə İrana humanitar yardım daşıyan altı yük maşını göndərib. Van Vilayət Səhiyyə İdarəsinin müdiri Məhəmməd Tosun bildirib ki, karvan tibbi ləvazimatlardan ibarətdir. “Yükə dərman və tibbi ləvazimatlar daxildir.

Prezident Rəcəb Tayyib Ərdoğanın və nazirin təlimatlarına uyğun olaraq, sərhəddəki qardaşlarımıza yardım göstərməyə davam edəcəyik. Ümid edirəm ki, bu müharibə çox tez başa çatacaq və iranlı həmkarlarımız daha sərbəst fəaliyyət göstərə biləcəklər.” – Məhəmməd Tosun bildirib.

Tosunun sözlərinə görə, humanitar yardım yük maşınları Vandan Gürbulaka yola düşüb. Türkiyə ümumilikdə doqquz yük maşını göndərmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az