Rusiya Prezidenti Vladimir Putin Hindistana beşinci nəsil Su-57 qırıcılarının birgə istehsalını təklif edib.
Məlumata görə, Moskva Hindistanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu və layihənin “heç bir məhdudiyyət olmadan” həyata keçirilə biləcəyini bildirib. Təklif, Hindistanın müasir beşinci nəsil döyüş təyyarələrində yaranan çatışmazlığı aradan qaldırmaq cəhdləri fonunda irəli sürülüb.
Defense News-un yaydığı xəbərə əsasən, Rusiya tərəfi Hindistanın təyyarənin istehsalında lokalizasiyanı da nəzərdən keçirə biləcəyini qeyd edib.
Məsələ ilə bağlı Yeni Dehlidən hələlik rəsmi açıqlama verilməyib. Hindistanın bu təklifə necə yanaşacağı isə gələcək danışıqlarda müəyyənləşəcək.
//Samir Qurbanov, Editor.az


