Putinin yaxın prioritetləribackend

Putinin yaxın prioritetləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Rusiya prezidenti Vladimir Putinin əsas prioriteti Luqansk vilayətinin müdafiəsi deyil, işğal olunmuş cənub rayonlarının saxlanmasıdır.

Editor.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Limanda cəbhə xəttinin bu yaxınlarda dağılmasına baxmayaraq, RF Silahlı Qüvvələrinin Xerson və Zaporojye vilayətlərində mövqelərini gücləndirməkdə davam etdiyinə dair məlumatlar da bunu təsdiqləyir. “Kupyansk və ya Limanda müdafiəsiz cəbhə xəttini gücləndirməmək qərarı, hərbi komandanlığın deyil, Putinin qərarı idi. Çox güman ki, Putin Luqansk vilayətindən çox, Xerson və Zaporojye vilayətlərinin strateji ərazilərinin saxlanmasına görə daha çox qayğılıdr”, – analitiklər bildirirlər.

Eyni zamanda, Putin hərbi uğursuzluqlar səbəbindən məhdud miqdarda olan resursları artıq işğaldan azad edilmiş yaşayış məntəqələrinə hücum etmək üçün ayırır. Belə ki, oktyabrın 1-də Baş Qərargahdan verilən məlumata görə, ruslar Rusiya-Ukrayna sərhədindən 5 km aralıda olan Kazaçyu Lopana hücum etməyə cəhd ediblər.

  //Samir,Editor.az