“Qarabağın azad edilməsi ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə təkan verir”backend

“Qarabağın azad edilməsi ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə təkan verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İkinci Qarabağ müharibəsi və Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi ərəb ölkələri ilə Azərbaycan arasında daha sıx əlaqələrin inkişafına zəmin yaradıb”.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi, risklərin qiymətləndirilməsi və konsaltinq üzrə şirkət olan “The International Interest”in icraçı direktoru Sami Hamdi deyib.

“Bu, bütün müsəlman dünyasında rəğbətlə qarşılanıb və Azərbaycanın regionda mövqelərinin möhkəmləndirilməsi çərçivəsində Bakı ilə daha sıx əlaqələrin inkişafına təkan verib”, – deyə o bildirib.

S.Hamdi buna misal kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş sammitinə fəxri qonaq kimi dəvət olunmasını göstərib.

Onun fikrincə, yeni reallıqlar siyasi və təhlükəsizlik dinamikasının dəyişdiyini göstərib və bunun nəticəsində Mərkəzi Asiya ölkələri özlərini təsdiq edərək ənənəvi “soyuq müharibə” siyasətindən uzaqlaşmağa başlayır:

“Bundan başqa, Ukraynadakı müharibə enerji bazarlarında əhəmiyyətli dəyişikliklərə səbəb olub, çünki Avropa idxalı şaxələndirməyə çalışır və Azərbaycan da buna töhfə verən ölkələrdən biridir”.

Siyasi şərhçi vurğulayıb ki, məhz bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər Azərbaycanın enerji və qida sektorlarına investisiyaları artırmağa və mövcud yeni vəziyyətdən yararlanmağa çalışır:

“Məsələn, BƏƏ Azərbaycanın Avropanın vacib elektrik enerji təchizatçısına və regionda əsas geostrateji oyunçuya çevriləcəyi perspektivlərini nəzərə alaraq Azərbaycanın enerji sektoruna sərmayə yatırdığını bəyan edib. Qətərə gəlincə, bu ölkə Azərbaycanın təbii qaz bazarında rəqabət aparmaq potensialından xəbərdardır. O, hər hansı rəqabətin bir-birilərinin ziyanına deyil, qarşılıqlı faydalı olması üçün Azərbaycanla əməkdaşlıq və koordinasiya yaratmağa çalışır”.