Qaxda bacısını qətlə yetirməkdə şübhəli bilinən 15 yaşlı oğlan tutulubbackend

Qaxda bacısını qətlə yetirməkdə şübhəli bilinən 15 yaşlı oğlan tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaxda bacısını qətlə yetirən şəxs tutulub.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, noyabrın 4-ü saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı, 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, A.Papiaşvili həmin mənzildə kirayədə yaşayırmış.

Hazırda cinayət işi üzrə istintaq davam edir.//Oxu.az