Rusiyanın taxıl bazarı böhranda: İxrac 16 ilin minimumuna düşdübackend

Rusiyanın taxıl bazarı böhranda: İxrac 16 ilin minimumuna düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya liman logistikasının pozulması ölkənin yeni taxıl məhsulunun ixracının qarşısını alıb.

Editor.az Müsavat-a istinadən xəbər verir ki, bunun nəticəsində daxili bazarda kənd təsərrüfatı məhsullarının artıqlığı yaranıb.

Rusiya qurumlarının açıqlamalarına əsasən 1-20 avqust tarixləri arasında ölkədən taxıl ixrac 2,5 dəfə azalaraq 1,4 milyon tona düşüb, buğda ixracı isə 2,6 dəfə azalıb. Sentyabr ayında ixracın daha 52,1-62,5 faiz azalaraq 1,8-2,3 milyon tona düşəcəyi gözlənilir ki, bu da 2010-cu ildən bəri ən aşağı səviyyədir.

Nəticədə, taxıl bolluğu daxili bazarda qiymətləri vurur: son bir həftə ərzində Rusiyada buğda, arpa, günəbaxan və soya paxlasının qiymətləri 3,3-8,5 faiz, son bir ildə isə 40 faizdən çox düşüb.

Rusiya məhsulunun təxminən 10 faizini təmin edən Rostov vilayətinin taxılın normal ixrac edilə bilməməsi səbəbindən 28 avqustda fövqəladə vəziyyət elan etdiyi bildirilir.

Rusiya hökuməti istehsalçı və ixracatçıları dəstəkləmək üçün dövlət satınalmaları, güzəştli kreditlər, subsidiyalar və satılmamış məhsullarla təmin edilmiş kreditlər hazırlayır. İxrac rüsumlarının ləğvi və alternativ limanlara bahalı göndərişlər üçün kompensasiya da nəzərdən keçirilir.

Lakin bunun problemi həll edəcəyi gözlənilmir. Belə ki, Rusiya taxıl ixracının 70 faizə qədəri cənub limanlarından keçirdi və alternativ marşrutlar kifayət qədər tutuma malik deyil. Onlar həm də bahalıdır: Baltik dənizinə daşınma ton başına 30-50 dollara qədər əlavə xərc gətirir.

Rusiyanın ən böyük kənd təsərrüfatı holdinqlərindən biri olan Rosagro artıq ilin birinci yarısında xalis mənfəətini 99 faiz azalaraq 4,8 milyarddan 55,88 milyon rubla düşdüyün elan edib.
Mütəxəssislər dövlətin dəstək tədbirlərinin effektiv olmadığını bildirirlər: Dövlət əsasən taxılı anbarlarda saxlamaq üçün pul ödəyir. Güzəştli kreditlər tələbat yaratmayacaq, subsidiyalar liman tutumunu artırmayacaq və ucuz pul pozulmuş logistikanı əvəz etməyəcək. İxrac bərpa olunmazsa, ehtiyatlar artacaq, qiymətlər düşəcək və itkilər Rusiya büdcəsinə və banklarına keçəcək.