FHN-də yüksək vəzifəyə yeni təyinat baş tutub.
Editor.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə V.Ağayev Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə İsmayıl Nəsirov FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi təyin edilib.
Bu barədə məlumat B.Tağıyev tərəfindən Manset.az-a təsdiq edilib.
Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar Tağıyev vəzifəsindən azad olunaraq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova müşavir təyin edilib.


