Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub.
hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib.
Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb.
Qəza nəticəsində motosikletdə olan 32 yaşlı Ali Yağmurlu və onun 23 yaşlı qardaşı İbrahim Halil Yağmurlu ağır xəsarətlər alaraq hadisə yerində həyatlarını itiriblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.
Aparılan məhkəmə-tibbi ekspertizadan sonra mərhumların cənazələri dəfn olunmaq üçün ailələrinə təhvil verilib.
Musavat.com

