İlham Əliyev: “Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb”backend

İlham Əliyev: “Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Editor.az  President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

“Əlahəzrət,

Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşmışdır. Cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü və apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.