Husilər Yəməndə Səudiyyə Ərəbistanına məxsus PUA vurdularbackend

Husilər Yəməndə Səudiyyə Ərəbistanına məxsus PUA vurdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanına məxsus “Wing Loong II” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını Yəmən səmasında vurub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.

Husilərin nümayəndəsinin sözlərinə görə, pilotsuz uçuş aparatı səhər saatlarında ölkənin cənub-qərbində yerləşən Taiz vilayətinin Makbanna rayonunun hava məkanında vurulub.