Qərb ölkələri Ukraynadakı Nova Kaxovka bəndinin dağılmasında Rusiyanı günahlandırıb.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, hadisə “müharibə cinayəti” kimi qiymətləndirilib və BMT Təhlükəsizlik Şurası təcili iclasa çağırılıb. Ukraynanın Xerson vilayətində Nova Kaxovka bəndinin dağılmasından sonra Qərb ölkələrindən Rusiyaya sərt reaksiyalar gəlir.
“Kahovka bəndinin dağılması minlərlə dinc sakini risk altında qoyur və ətraf mühitə ciddi ziyan vurur. Bu, Rusiyanın Ukraynada apardığı müharibənin vəhşiliyini bir daha ortaya qoyan dəhşətli bir hərəkətdir”, – NATO-nun baş katibi Yens Stoltenberq Tvitter hesabında bildirib.
//Gülnarə Abasova, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!