Çin Afrikadan minlərlə ton uranı gizli şəkildə idxal edib? – Alimlərdən sensasion iddiabackend

Çin Afrikadan minlərlə ton uranı gizli şəkildə idxal edib? – Alimlərdən sensasion iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2000–2024-cü illər ərzində Konqo Demokratik Respublikasından (KDR) Çinə rəsmi statistikada görünməyən böyük həcmdə uran ixrac edildiyi iddia olunur.

Editor.az xəbər verir ki, bu barədə Interesting Engineering nəşri alimlərin araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya görə, KDR uzun illərdir uran hasilatı barədə rəsmi məlumat açıqlamasa da, ticarət və gömrük məlumatlarının təhlili ölkədən minlərlə ton uranın xaricə, əsasən də Çinə göndərildiyini göstərir.

Müəlliflər bu tədarükün əsasən köhnə ehtiyatlar, əlavə məhsullar və ya qeyri-rəsmi ixrac kanalları vasitəsilə həyata keçirilə biləcəyini ehtimal edirlər.

Mütəxəssislər qeyd edirlər ki, Çin sürətlə genişlənən nüvə energetikası proqramını təmin etmək üçün xarici uran mənbələrini fəal şəkildə artırır və Afrika ölkələrindəki yataqlara böyük investisiyalar yatırır. Bununla belə, sözügedən araşdırma Çinin qanunsuz fəaliyyət göstərdiyini qəti şəkildə sübut etmir, yalnız rəsmi statistika ilə ticarət məlumatları arasında uyğunsuzluğa diqqət çəkir.

//Samir Qurbanov, Editor.az