Macarıstanın Ukraynanın Aİ yolunu niyə bağladığı məlum oldubackend

Macarıstanın Ukraynanın Aİ yolunu niyə bağladığı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü üzrə danışıqların yeni klasterlərinin açılmasını ictimaiyyətə açıqlanmayan iki səbəbə görə bloklayıb.

Bu barədə Ukraynanın “Strana.ua” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Budapeşt Kiyevdən müəyyən tələblərin yerinə yetirilməsini istəyir.

Nəşrin iddiasına əsasən, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu tələbləri qəbul etməməsi səbəbindən ona müxtəlif səviyyələrdə siyasi təzyiqlər göstərilir. Konkret hansı tələblərdən söhbət getdiyi isə açıqlanmır.

Bundan əvvəl də Avropa İttifaqında Macarıstanın veto mövqeyini dəyişməsi üçün siyasi səylərin artırılmasının zəruri olduğu bildirilmişdi. Diplomatik mənbələr yaranmış vəziyyəti müvəqqəti gecikmə kimi qiymətləndirsələr də, Macarıstan son həftələrdə Ukraynanın Aİ-yə üzvlük danışıqları üzrə yeni klasterlərin açılmasını dəfələrlə əngəlləyib.

//Samir Qurbanov, Editor.az