ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün tərəflərin sonda güzəştlərə getməli olacağını bildirib.
Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərin Ukrayna Prezidenti Volodimir Zelenskinin kompromisə getmək istəməməsi ilə bağlı sualını cavablandıran Tramp qeyd edib ki, heç bir tərəf güzəştə getmək istəmir, lakin münaqişənin həlli naminə bu addım qaçılmaz olacaq.
Trampın sözlərinə görə, münaqişənin davam etməsi heç kimin maraqlarına uyğun deyil və sülhə nail olmaq üçün qarşılıqlı kompromislər zəruri olacaq. ABŞ prezidentinin çıxışı Ağ Evin rəsmi YouTube kanalında canlı yayımlanıb.
//Samir Qurbanov, Editor.az

