Fransa İspaniya sərhədinə hərbi qüvvələr göndərdibackend

Fransa İspaniya sərhədinə hərbi qüvvələr göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa hökuməti İspaniya ilə sərhədə əlavə hərbi qüvvələr, döyüş təyyarələri və pilotsuz uçuş aparatları yerləşdirib.

Editor.az xəbər verir ki, bu addım İspaniyanın Seuta anklavında dərinləşən miqrasiya böhranı fonunda atılıb.

Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında bildirib ki, sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədilə bölgəyə hərbçilər, aviasiya vasitələri və dronlar cəlb olunub. Onun sözlərinə görə, məqsəd qanunsuz miqrasiyanın qarşısını almaq və sərhəddə təhlükəsizliyi təmin etməkdir.

//Samir Qurbanov, Editor.az