ABŞ Konqresində Rusiyaya qarşı sanksiyalar layihəsinin taleyi sual altına düşdübackend

ABŞ Konqresində Rusiyaya qarşı sanksiyalar layihəsinin taleyi sual altına düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbul prosesi uzana bilər. Reuters agentliyinin məlumatına görə, sənədin Konqresdə dəstək qazanması ilə bağlı ciddi çətinliklər yaranıb.

Editor.az xəbər verir ki, məlumata əsasən, qanun layihəsində yer alan bəzi müddəalar demokratlar və respublikaçılar arasında fikir ayrılığına səbəb olub. Bu səbəbdən layihənin Konqresdə uzun müddət müzakirələrdə qalacağı və qəbulunun gecikəcəyi ehtimal edilir.

Qeyd olunur ki, qanun layihəsinin taleyi Konqresdə əldə olunacaq siyasi razılaşmadan asılı olacaq. Hazırkı vəziyyətdə isə onun yaxın vaxtlarda təsdiqlənəcəyinə dair qəti əminlik yoxdur.

//Samir Qurbanov, Editor.az