Rusiya: Qismən səfərbərlik elan edildikdən sonra ölkədən qaçanların ekstradisiyasını tələb etməyəcəyikbackend

Rusiya: Qismən səfərbərlik elan edildikdən sonra ölkədən qaçanların ekstradisiyasını tələb etməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qismən səfərbərliyə görə ölkəsindən qaçaraq Qazaxıstan və ya Gürcüstana gedən Rusiya vətəndaşlarının ekstradisiyası ilə bağlı bu ölkələrə sorğu göndərmədiklərini və göndərməyi planlaşdırmadıqlarını açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

“Rusiya Müdafiə Nazirliyi qismən səfərbərliyə görə Qazaxıstan, Gürcüstan və ya hər hansı digər ölkənin dövlət qurumlarına bu ölkələrdəki Rusiya vətəndaşlarının məcburi qaydada Rusiyaya qaytarılması ilə bağlı heç bir müraciət etməyib və etməyi planlaşdırmır”,- bəyanatda deyilir.

Qismən səfərbərlik elan edildikdən sonra çoxlu sayda Rusiya vətəndaşının ölkəni tərk etdiyini bildirən Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmiləri Rusiyada səfərbərlik çərçivəsində təyin olunmuş fərarilərin ölkələrinə geri göndəriləcəyini lakin hərbi xidmətdən qaçmağın cinayət hesab edilməli olduğunu bildirib. Eyni zamanda, Müdafiə Nazirliyinin bəyanatında adı çəkilən Gürcüstan qismən səfərbərlik elanından sonra çoxlu sayda Rusiya vətəndaşının getdiyi ölkələrdən biridir. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri qismən səfərbərlik elan edildikdən sonrakı dövrdə sərhədi keçən Rusiya vətəndaşlarının sayının iki dəfə artdığını və hər gün orta hesabla 10 min Rusiya vətəndaşının Gürcüstana girməyə başladığını bildirib. Qomelauri əlavə edib ki, Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət qoymağı planlaşdırmırlar.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Qismən səfərbərliklə ölkənin ehtiyat qoşunlarından 300 min əsgərin cəlb edilməsi nəzərdə tutulur. Bununla belə, Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, qismən səfərbərlik elan olunduğu üçün vətəndaşların yerdəyişməsinin qarşısını almaq məqsədilə məhdudiyyət tətbiq etməyi planlaşdırmır.

//Gülnarə Abasova, Editor.az