Rusiya-Ukrayna müharibəsi bitir, yoxsa sadəcə “dondurulur”? – Politoloqdan AÇIQLAMAbackend

Rusiya-Ukrayna müharibəsi bitir, yoxsa sadəcə “dondurulur”? – Politoloqdan AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi artıq yalnız iki ölkə arasındakı qarşıdurma çərçivəsində deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasına və beynəlxalq münasibətlər sisteminə təsir edən əsas amillərdən biri olaraq qalır. Müharibənin mümkün siyasi həlli ilə bağlı diplomatik təmasların intensivləşməsi Qara dəniz regionunda yeni geosiyasi proseslərin formalaşması baxımından da diqqət çəkir. Xüsusilə Cənubi Qafqaz dövlətləri üçün regionda sabitliyin və nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyinin qorunması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Moskva və Kiyev arasında danışıqların bərpası ehtimalı müharibənin tərəfləri ilə yanaşı, region ölkələrinin də maraqları kontekstində qiymətləndirilir. Bəs hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli nə dərəcədə real görünür?

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması prosesinə yenidən müdaxilə etməsi MKİ-nin rəhbəri Con Redkliffin Moskvaya göndərilməsi ilə başlayıb:

“Onun Rusiya kəşfiyyat idarəsinin rəhbərləri ilə görüşündən sonra bir sıra iddialar irəli sürülsə də, əsas məsələ bu səfərin ABŞ-da aralıq seçkilər ərəfəsində respublikaçıların vəziyyətinin gərgin olmasıdır. Trampa uğur lazımdır. İran kampaniyasının gedişinin istənilən kimi olmaması isə əsas səbəbdir. Bu durumda Tramp Putindən dəstək istəyir. İndi bu durumda Rusiya-Ukrayna danışıqlarının bərpa olunması Trampa uğur hekayəsi yaratmaq üçün ən məqbul variant idi. Ortada tərəflərin tələbləri olsa da, müəyyən müddət üçün bu tələblərin dondurulması ehtimalı da mümkündür. Artıq Kiyev və Moskva vurulmur. Avropa liderlərinin də tez-tələsik Kiyevə ABŞ nümayəndələri ilə Zelenskinin görüşünə qatılması onu göstərir ki, proseslərdə razılaşma olacaq. Hesab edirəm ki, bu razılaşmanın problemi köklü şəkildə həll etmək potensialı yoxdur. Müharibə dayansa da, hər an alovlana bilər”.

//Gülnarə Abasova, Editor.az