Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından biri, Xalq artisti Cahangir Novruzov qatıldığı verilişlərdən birində maraqlı açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, sənətkar Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılmış məşhur “Qaynana” tamaşasından, onun qazandırdığı uğurlardan və teatrı tərk etməsinin əsl səbəblərindən danışıb.
O, 3 mindən çox dəfə nümayiş olunan “Qaynana” tamaşasının teatra gətirdiyi böyük gəlirlərə toxunub, eyni zamanda həmin dövrdə qarşılaşdıqları laqeydlikdən və incəsənət sahəsindəki bəzi haqsızlıqlardan bəhs edib. Cahangir Novruzovun bu səmimi etirafları izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

