Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.
Editor.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İrəvanlı kəndi ərazisində qeydə alınıb. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahla güllələnib.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.

