Rusiyalı oliqarx Tinkov Britaniyadan ona qarşı sanksiyaları ləğv etməyi xahiş edibbackend

Rusiyalı oliqarx Tinkov Britaniyadan ona qarşı sanksiyaları ləğv etməyi xahiş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tinkoff Bank”ın qurucusu rusiyalı iş adamı Oleq Tinkov Qərbi fərdi sanksiyaların ləğvinə çağırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, iş adamı məhdudiyyətlərin indiki prezident Vladimir Putinin rejimini dəstəkləməyən ruslara qarşı yönəlməməli olduğu qənaətindədir.

“Böyük Britaniya hökumətinin Rusiya diktatoru Vladimir Putini dəstəkləyən və ya müharibəyə töhfə verən insanlara sanksiya tətbiq etmək qərarını dəstəkləyirəm. Onların səhvən mənim də həmin insanlardan biri olduğumu düşünmələri təəssüf doğurur. Axı Qərb sanksiyaları bütün rusları deyil, yalnız Putini və onun işğalını dəstəkləyənləri hədəf alır”,- deyə o, bildirib.

Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Sanksiyaya məruz qalan istənilən şəxs və ya təşkilat onların təyinatına etiraz etmək hüququna malikdir və bunun üçün aydın hüquqi yol var”.

//Gülnarə Abasova, Editor.az