Rusiyanın Krımın təhlükəsizliyinə inamı itibbackend

Rusiyanın Krımın təhlükəsizliyinə inamı itib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımdakı hərbi obyektlərə endirilən son zərbələrdən sonra Rusiya rəhbərliyi yarımadanın təhlükəsizliyinə inamını itirib.

Editor.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu”nun (ISW) hesabatında deyilir. Analitik mənbənin sözlərinə görə, avqustun 17-də vitse-admiral Viktor Sokolov Qara Dəniz Donanmasının komandiri postunda admiral İqor Osipovu əvəzləyib.

Rusiya işğalçı hakimiyyətin Sevastopolda yaratdığı yüksək “terror təhlükəsi”ndən istifadə edərək Sokolovun təyinatını gizli saxlamağa çalışıb. “Ukraynanın Krımdakı Rusiyaya məxsus hərbi obyektlərə, o cümlədən Sevastopoldakı Qara Dəniz Donanmasının qərargahına endirdiyi son zərbələri Rusiya rəhbərliyini hərbi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirməyə, onların maddi-texniki təchizatını gücləndirməyə və rəhbərliyin tərkibini yenidən qurmağa məcbur edib. Bununla Rusiya növbəti zərbələrin nəticələrini “yumşaltmağa” nail olmaq istəyir”, – analitiklər bildirib.

Bu kontekstdə ekspertlər Ukrayna kəşfiyyatının daha əvvəl Krımdakı aparıcı aerodromlarda yerləşdirilmiş onlarla Rusiya təyyarəsi və helikopterinin Krım yarımadasının daha dərin bölgələrinə köçürülməsini bəysn edən hesabatlarına istinad edirlər.

  //Samir, Editor.az