Şimali və Cənubi Koreya arasında gərginlik: qırıcılar səmaya qaldırıldıbackend

Şimali və Cənubi Koreya arasında gərginlik: qırıcılar səmaya qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın buraxdığı bir neçə pilotsuz təyyarə Cənubi Koreya ilə mövcud olan sərhəd xəttini keçib.

Editor.az bildirir ki, bu barədə “Yonhap” Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, bu, 2017-ci ildən bəri ilk dəfə baş verir. Cənubi Koreya cavab olaraq xəbərdarlıq atəşi açıb. Lakin səmaya qaldırılan Cənubi Koreyanın Ka-1 qırıcılarından biri qəzaya uğrayıb. Agentliyin məlumatına görə, hərbçilər hərbi demarkasiya xəttinin şimalından gələn PUA-nı müəyyən ediblər. Lakin onların neçə ədəd olduğu dəqiqləşdirilməyib.

Şimali Koreyaya məxsus pilotsuz təyyarələr Kenqido əyalətindəki Kimpo, Pacu və Qanqva adalarından keçib. Onların bəzilərinin məskunlaşan ərazilərə və kəndlərə çatdığı iddia edilir. Zərərçəkənlər barədə məlumat yoxdur. Bunun fonunda Cənubi Koreyanın Nəqliyyat Nazirliyi Kimpo və İnchon Beynəlxalq Hava Limanlarına uçuşları bir saata yaxın dayandırıb. Agentlik bu qərarın səbəbini açıqlamayıb.

Qeyd edək ki, Şimali Koreya oktyabr ayından mütəmadi olaraq raket buraxılışları həyata keçirir. Xüsusilə, noyabrın 2-də Şimali Koreya Yapon dənizi və Sarı dənizə ən azı 17 raket atıb. Onlardan biri ilk dəfə Cənubi Koreya ilə dəniz sərhədini keçərək bölücü xəttdən cənuba düşüb. Buraxılışlar dekabrda da davam etdi. Ayın əvvəlində KXDR hərbçiləri Cənubi Koreyanın təlimləri fonunda dənizə doğru artilleriya atəşi açmaq əmri vermişdi.

  //Samir Qurbanov, Editor.az