ŞOK HADİSƏ: 3 gün xarab liftdə oturan qadın öldübackend

ŞOK HADİSƏ: 3 gün xarab liftdə oturan qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın paytaxtında yeni tikilidə gənc qadının meyiti tapılıb. Məlum olub ki, 32 yaşlı yerli sakin 3 gün xarab liftdə oturub.

Editor.az lent.az-a istinadən bildirir ki, respublika prokurorluğunun məlumatına görə, faciə Daşkəndin Parkent küçəsindəki evdə baş verib.

Müşahidə kameralarının görüntüləri sayəsində iyulun 24-də poçtalyon işləyən qadının lift vaqonuna daxil olduğunu müəyyən etmək mümkün olub. İyulun 26-da qohumları onu axtarışa veriblər.

Daha sonra qadının meyiti tapılıb. Ekspertlərin fikrincə, o, kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində dünyasını dəyişib. Qadının fəryadını isə heç kim eşitməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.